Səna beynəlxalq hava limanında təmir işlərinə başlanılıb

21:51 - 15 İyul 2026 - DÜNYA

Son hava hücumlarından sonra Səna beynəlxalq hava limanında uçuş-enmə zolağında təmir işlərinə başlanılıb.

Ucnoqta.az bildirir ki, Əl-Cəzirə bu barədə peyk görüntülərinə istinadən məlumat verib.

Kanalın məlumatına görə, 9 iyun - 14 iyul tarixləri arasında Airbus və Planet şirkətlərinin çəkdiyi görüntülərdə mühəndislik avadanlıqlarının zədələnmiş hissələri təmir etdiyi görünür.

Görüntülərdə həmçinin ən azı üç yerdə əsas uçuş-enmə zolağına edilən zərbələrin nəticələri və paralel ehtiyat uçuş-enmə zolağına edilən zərbələr göstərilir. Zərbələr dəqiq olaraq uçuş-enmə zolağının girişlərinə yönəldilib.

Xəbər xətti