Ucnoqta.az
www.ucnoqta.az

İsrail qırıcıları Livanda "Hizbullah" hədəflərini bombaladı

16:02 - 16 İyul 2026 tarixində dərc olunub.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Bəraşit, Beyt Yəhun və Nəbatiyyə əl-Fəvqa şəhərlərinə hava zərbələri endirib.

Ucnoqta.az bildirir ki, bu barədə Naharnet xəbər portalı məlumat verib.

Xəbər portalının məlumatına görə, bu şəhərlərdə yerləşən "Hizbullah"ın hərbi obyektlərinə hücum edilib. V

Yerli hakimiyyət orqanları hələlik heç bir itki və ya ziyan barədə məlumat verməyib.

Müəllif: Ucnoqta.az redaksiyası