Bəsrə limanında neft yükləməsi dayandırılıb - Baghdad Today

14:50 - 16 İyul 2026 - İQTİSADİYYAT

İraqın cənub hissəsində yerləşən Bəsrə limanında neft yükləməsi dron hücumu səbəbindən dayandırılıb.

Ucnoqta.az bildirir ki, bu barədə Baghdad Today xəbər portalı məlumat verib.

Liman təhlükəsizlik mənbələrinin məlumatına görə, bir müddət əvvəl naməlum PUA Bəsrənin terminallarından birində lövbər salmış tankerə hücum edib.

Təhlükəsizlik xidməti əlavə edib ki, tankerin özü ciddi şəkildə zədələnməyib, lakin limandakı yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Xəbər xətti