Polşa Prezidenti eyni cinsli nikahları qanuniləşdirən qanun layihəsini blokladı

11:39 - 17 İyul 2026 - DÜNYA

Polşa Prezidenti Karol Navrotski ölkədə eyni cinsli nikahları qanuniləşdirəcək "ən yaxın şəxsin statusu" haqqında qanun layihəsini imzalamaqdan imtina edib.

Ucnoqta.az xəbər verir ki, bu Navrotski ofisinin X səhifəsində dərc olunmuş videomüraciətində bildirilib.

Navrotski qeyd edib ki, Konstitusiyanın qarantı olaraq, konstitusiyanın 18-ci maddəsində kişi ilə qadın arasında Polşa Respublikasının himayəsi və qayğısı altında bir ittifaq kimi təsvir edilən nikahın xüsusi statusunun itirilməsinə səbəb olacaq qərarları təsdiqləyə bilmərəm.

Xəbər xətti