Azərbaycanda bağlı qalan daha 33 cinayətin üstü açıldı

10:02 - 17 İyul 2026 - ÖLKƏ İÇİ

İyulun 16-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 33 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Xəbər xətti