İmişlidə çətənə kolları yetişdirən şəxs həbs olundu

10:46 - 17 İyul 2026 - Xəbər

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 49 yaşlı Rafiq Səmədov saxlanılıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi 65 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rafiq Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti