ABŞ hakimiyyəti iddia edir ki, Rusiya, İran və Çin adından fəaliyyət göstərən hakerlər 2016-cı ildən bəri dəfələrlə ABŞ seçici məlumat bazalarına icazəsiz giriş əldə etməyə cəhd ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi tərəfindən cümə axşamı dərc edilmiş hesabatda qeyd olunub.
Sənəddə iddia olunur ki, 2016-cı ildə rus hakerləri bütün 50 ştatda seçici qeydiyyatı məlumat bazalarını hədəfə alıblar və təxminən 500.000 seçici haqqında məlumat oğurlayıblar.
Bundan əlavə, hesabatda deyilir ki, 2022-ci ildə Rusiyapərəst hakerlər ABŞ ştatlarından birinin seçki komissiyasına DDoS hücumu həyata keçiriblər.
Sənədə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) üzvləri 2020-ci ildə "qeydiyyatdan keçmiş seçici məlumatlarını əldə etmək üçün veb sayt zəifliklərindən istifadə etməyə cəhd ediblər".
Hesabatda iddia edilir ki, Çin 2020-ci il seçkilərindən əvvəl bir neçə ştatda seçici qeydiyyatı sistemlərinə haker hücumu edib.