Bu yolda yeni piyada svetoforları quraşdırıldı

09:52 - 17 İyul 2026 - AVTO

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud svetofor obyektləri təkmilləşdirilib. 

Ucnoqta.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilən işlər çərçivəsində kəsişmədə 2 ədəd yeni piyada dirəyi və piyada svetoforu quraşdırılıb. Eyni zamanda, mövcud dirəklərə 2 ədəd yeni piyada bölməsi quraşdırılaraq istifadəyə verilib. 

Yeni piyada svetoforlarının quraşdırılması Atatürk və Ayna Sultanova parkları arasındakı, həmçinin parkdan digər obyektlərə keçidin piyadalar üçün daha təhlükəsiz və rahat olmasını təmin edib.

Xəbər xətti