Çin Prezidenti Si Cinpin BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
Ucnoqta.az bildirir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat verib.
Görüş Süni İntellekt (Sİ) üzrə Ümumdünya Konfransının keçirildiyi Şanxayda baş tutub. İyulun 16-da Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media naziri Maksut Şadayev də daxil olmaqla 29 ölkənin nümayəndəsi Dünya Sİ Əməkdaşlıq Təşkilatının yaradılması haqqında saziş imzalayıb.