Ötən gün 46 cinayət baş verib - 43 nəfər saxlanılıb

10:56 - 15 İyul 2026 - ÖLKƏ İÇİ

İyulun 14-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Xəbər xətti