ABŞ-nin İrana qarşı 7 saatlıq hücum zərbələri yekunlaşıb

06:39 - 15 İyul 2026 - DÜNYA

ABŞ ordusu İrana qarşı daha bir seriya zərbələri endirib və hücum zamanı onlarla hədəfə zərbə endirib.

Ucnoqta.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X səhifəsində məlumat yayıb.

Açıqlamada bildirilib ki, CENTCOM 14 iyul tarixində saat 22:00-da Hörmüz boğazı yaxınlığında və İranın sahil ərazilərində onlarla hədəfə zərbə endirib. 

CENTCOM həmçinin hücumun yeddi saat davam etdiyini bildirib.

Qeyd olunub ki, yeddi saatlıq hücumlar dalğası zamanı ABŞ qırıcı təyyarələri, dronları və gəmiləri İranın raket və dron obyektlərinə, dəniz aktivlərinə və sahil müdafiə sistemlərinə zərbə endirmək üçün dəqiq idarə olunan sursatlardan istifadə edib.

Xəbər xətti