Mane milli komandada karyerasını bitirdi

14:41 - 10 İyul 2026 - İDMAN

Hücumçu Sadio Mane Seneqal milli futbol komandasında karyerasını bitirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Seneqalın Le Quotidien saytı məlumat yayıb.

"Bilirsiniz ki, mən bu bayraq üçün hər şeyimi qurban verdim. Hər şeyimi verdim və həmişə ölkəmiz üçün şiddətlə mübarizə apardım", - Mane deyib.

34 yaşlı Mane Seneqal üçün 130 oyun keçirib və 54 qol vuraraq komandanın bütün zamanların ən çox qol vuran oyunçusu olub. O, milli komanda ilə 2021-ci il Afrika Millətlər Kubokunu qazanıb və 2019 və 2026-cı illərdə gümüş medal qazanıb.

Xəbər xətti