ABŞ və İranla gərginliyin azaldılması üçün danışıqlar aparılıb

14:11 - 10 İyul 2026 - DÜNYA

Qətər, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri iki ölkə arasında gərginliyin azaldılmasına nail olmaq və onları birbaşa danışıqlara qaytarmaq üçün ABŞ və İran rəhbərliyi ilə bir sıra telefon danışıqları aparıblar.

Ucnoqta.az bildirir ki, bu barədə Axios mənbələrə istinadən məlumat verib.

Mənbələrdən biri bildirib ki, hər iki tərəflə gərginliyin azaldılması barədə razılığa gəlmək və sonra texniki qruplar arasında növbəti danışıqların tarixini təyin etmək üçün geniş diplomatik səylər göstərilir.

Vasitəçi ölkələrin nümayəndələri gərginliyin qismən azaldılmasına artıq nail olduqlarına inanırlar. Bunu ABŞ-dakı diplomatik mənbə Axios-a da təsdiqləyib.

Xəbər xətti