İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib

21:57 - 9 İyul 2026 - DÜNYA

İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.

Ucnoqta.az bildirir ki, bu barədə Mehr xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, ölkənin cənub-şərqindəki Konarak liman şəhərində üç partlayış səsi eşidilib. Daha iki partlayış Buşehr şəhərinin ətrafında və İranın cənub-qərbindəki yaxınlıqdakı Çoqadak şəhərində baş verib. Tələfat barədə məlumat açıqlanmayıb.

Xəbər xətti