Rusiya xarici işlər naziri Sergey Lavrov ilk səfərlə Nigerə gəlib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Lavrov orada Rusiya ilə Sahel Dövlətləri Alyansı (ASS) arasında nazirlər görüşündə iştirak edəcək.
Lavrovun Niger, Burkina Faso və Malinin xarici işlər nazirləri ilə birgə danışıqlardan əlavə, respublika rəhbərliyi ilə ayrıca görüşməsi gözlənilir.
Danışıqların əsas mövzusu, ehtimal ki, regiondakı təhlükəsizlik vəziyyəti və terrorizmə qarşı mübarizə olacaq.