Avropa liderləri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində Ukraynaya iki il ərzində ən azı 140 milyard avro yardım edəcəyini açıqlayacaqlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən "Handelsblatt" qəzeti məlumat yayıb.
Mənbələrə görə, Aİ liderləri və Kanada tərəfindən hazırlanmış sammit bəyannaməsi layihəsində Kiyevə 2026-cı il üçün 70 milyard avro və 2027-ci il üçün ən azı eyni məbləğdə yardım paketi yer alır. Qeyd olunur ki, alyansın bəyannaməsində ölkələr və ya kvotalar üzrə töhfələrin bölgüsü nəzərdə tutulmayıb, ona görə də ödənişlərin məbləği hər bir üzv dövlətlə fərdi olaraq müzakirə olunacaq.
Qəzet vurğulayıb ki, ABŞ bu layihədən əsasən çıxıb. Bundan əlavə, Vaşinqton Kiyevin maliyyələşdirilməsi və onun alyansa üzvlüyü məsələsini NATO sammitinin gündəliyinə daxil etməkdən imtina etməkdə israr edib.