Qadın işlədiyi mağazadan 500 lotereya bileti oğurladı

00:02 - 2 İyul 2026 - HADİSƏ

ABŞ-ın Florida ştatında polis 45 yaşlı Essi Latrell Devisi işlədiyi mağazadan lotereya biletlərini oğurlamaqda ittiham edib.

Ucnoqta.az xəbər evrir ki, CBS12 bu barədə məlumat yayıb.
Mağaza işçisi ilə bağlı istintaq menecerlərdən birinin sıyırılmış biletlərin çatışmazlığını aşkar etməsi ilə başlayıb. O, müşahidə kameralarını araşdırıb və Devisin həm fərdi biletləri, həm də bütöv bukletləri oğurladığını aşkar edib.

Daha sonra qadın onları aktivləşdirib: uğursuz biletləri atıb və uduşlu biletləri saxlayıb. 2025-ci ilin iyul ayının sonundan sentyabr ayının ortalarına qədər o, ümumi dəyəri 32.500 dollar olan 500-dən çox bilet oğurlayıb. Oğurladığı ümumi uduş 39.000 dollar təşkil edib. İş məhkəməyə göndərilib.
 

Xəbər xətti