Qüdsün şimalında baş verən atışma nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə birgə mətbuat konfransında bildirib.
"Bu səhər Qüdsdə dəhşətli terror aktı törədilib. Hazırda 6 israilli həlak olub, çoxlu yaralı var, o cümlədən hamilə qadın", - Saar bildirib.
O əlavə edib ki, hüquq-mühafizə orqanlarından verilən ilkin məlumata görə, Qüdsün şimal kənarında sərnişin avtobusuna atəş açan hücumun arxasında iki fələstinli dayanıb.