Paris Sen-Jermen Ukrayna komandası ilə oyunda Ousmane Dembele və Desire Douai zədələndikdən sonra klub və komanda həkimləri arasında koordinasiyanı yaxşılaşdırmaq üçün Fransa Futbol Federasiyasına (FFF) müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə reuters yazıb. Fransızlar sentyabrın 5-də ukraynalıları 2:0 hesabı ilə məğlub ediblər. Dembele budundan zədə alıb və bir ay yarım, Douai baldırını zədələyib və təxminən dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
PSJ bildirib ki, hətta Fransa yığmasının məşqinə başlamazdan əvvəl onlar FFF-yə futbolçuların tab gətirə biləcəyi yük və zədə riski barədə konkret məlumat veriblər, lakin tövsiyələr “nəzərə alınmayıb”.