Qazaxıstanda neft hasilatı ildə 100 milyon tona çatacaq - Tokayev

11:30 - 5 Sentyabr 2025 - İQTİSADİYYAT

Qazaxıstanda neft hasilatının həcmi dörd dəfə artıb və tezliklə ildə 100 milyon tona çatacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

"Müstəqillik illərində biz qara qızılın dəyərini tam hiss etdik. Və bu gün bu sənaye dinamik inkişaf edir. Qazaxıstan qlobal neft bazarında lider mövqe tutur, ölkədə neft hasilatı 4 dəfə artıb və tezliklə ildə 100 milyon tona çatacaq", - Tokayev neft və qaz sənayesi işçilərini peşə bayramı münasibətilə təbrik edən mərasimdə deyib.

Xəbər xətti