“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın sığorta vəsaitini ödəməməsi ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.
Nazirlik bildirir ki, 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar sığorta vəsaitinin ödənilməməsi ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində yayılan həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Rusiya diplomatik missiyası bildirib ki, təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib.
“Reysdə olan 62 sərnişindən 46-nın xəsarət alması və həlak olması ilə bağlı iddialar tam təmin edilib, o cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3-ü Qırğızıstanın, 6-nın Qazaxıstan vətəndaşından isə 1-nin ödənişi tam təmin edilib”.
Xəsarət alanlar və mərhumun yaxınları ilə tam hesablaşma məqsədilə kompensasiya məbləğlərinin razılaşdırılması istiqamətində işlər davam etdirilir”.