AFFA bu klubları cərimələdi

14:14 - 3 Sentyabr 2025 - İDMAN

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 3-cü turundakı qada pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi”nin heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb. “Neftçi” isə 3000 manat cərimə edilib. 

Eyni matçda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 2000 manat cərimə edilib.

“Sabah” – “İmişli” görüşü “İmişli”nin meydana gec çıxması səbəbindən gec başladığına görə bölgə təmsilçisi 3000 manat cərimələnib.

Xəbər xətti