Samuxda 2 avtomobil toqquşub - ölən var

13:27 - 2 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Kür yolunda qeydə alınıb.

Rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü R. Behbudovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşıdan gələn avtomobillə toqquşub. 

Qəza zamanı sürücü R. Behbudov ölüb. Avtomobildə olan Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü E. Behbudov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti