Sentyabrın 15-dən Çin hakimiyyəti adi xarici pasporta malik Rusiya vətəndaşları üçün 30 günədək müddətə vizasız rejim tətbiq edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun deyib.
“Çin Xalq Respublikası və digər ölkələrin vətəndaşlarının qarşılıqlı səfərlərini daha da asanlaşdırmaq üçün Çin tərəfi vətəndaşlarının vizasız giriş hüququ olan ölkələrin sırasını genişləndirmək qərarına gəlib.
2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək adi pasportlara malik Rusiya vətəndaşları üçün sınaq vizasız siyasət tətbiq olunacaq”, - deyə o, brifinqdə bildirib.