XII-XIII əsrlərə aid ləçək formalı qurğuşun qab London qalereyasından Özbəkistana qaytarılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
"XII-XIII əsrlərə, Qəznəvilər dövrünə aid olan bu tapıntı hazırda Londonun Orfey qalereyasında saxlanılır. Nadir tapıntı nəhayət Londondan ölkəmizə qayıdır", - deyə mərkəzin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edilir ki, bu cür qablar o dövrdə mərasim ayinlərində, eləcə də evin bəzəyinin tərkib hissəsi kimi geniş istifadə olunurdu.
Son illərdə Özbəkistan keçmişin itirilmiş əsərlərini geri qaytarmağa çalışır, habelə onların xaricə ixracı tələbləri ilə mübarizə aparır.