Çin alimləri insan bədəninin istiliyini elektrik enerjisinə çevirən rezin material ixtira ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə South China Morning Post yazır.
Tədqiqatları “Nature” jurnalında dərc olunan Çinli alimlər qrupu adətən 37 dərəcə olan insan bədəni ilə 20-30 dərəcə arasında dəyişən ətraf mühit arasındakı temperatur fərqindən istifadə edərək onu elektrik enerjisinə çevirməyə çalışıb.
Materialdan enerji başladaraq, elektrik enerjisi olmayan ərazilərdə smart saatları, kommunikasiya avadanlıqlarını avtomatik doldurmaq üçün istifadə oluna bilər. Alimlər deyirlər ki, ondan toxuculuq sənayesində də istifadə etmək olar ki, paltar geyinərkən cibinizdə telefonunuzu enerji ilə doldura və ya bədən istiliyinizi tənzimləyə bilərsiniz.