Ucnoqta.az
www.ucnoqta.az

Londonda saxlanılan 12-13-cü əsrlərə aid artefakt Özbəkistana qayıdacaq

10:24 - 2 Sentyabr 2025 tarixində dərc olunub.

XII-XIII əsrlərə aid ləçək formalı qurğuşun qab London qalereyasından Özbəkistana qaytarılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

"XII-XIII əsrlərə, Qəznəvilər dövrünə aid olan bu tapıntı hazırda Londonun Orfey qalereyasında saxlanılır. Nadir tapıntı nəhayət Londondan ölkəmizə qayıdır", - deyə mərkəzin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edilir ki, bu cür qablar o dövrdə mərasim ayinlərində, eləcə də evin bəzəyinin tərkib hissəsi kimi geniş istifadə olunurdu.

Son illərdə Özbəkistan keçmişin itirilmiş əsərlərini geri qaytarmağa çalışır, habelə onların xaricə ixracı tələbləri ilə mübarizə aparır.

Müəllif: Ucnoqta.az redaksiyası