Çikaqoda baş verən atışmalarda 60-a yaxın adam yaralanıb

10:14 - 3 Sentyabr 2025 - DÜNYA

İllinoys ştatının Çikaqo şəhərində həftə sonu küçədə atışma nəticəsində 60-a yaxın adam yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polisin məlumatlarına istinadən ABC telekanalı məlumat yayıb.

58 nəfərdən bəziləri evlərində olarkən sahibsiz güllələrdən yaralanıb. Onların arasında bir yeniyetmə də var idi. Səkkiz nəfər həlak olub.

ABŞ prezidenti Donald Tramp regionun ən böyük şəhərində təhlükəsizliyi təmin edə bilməyən İllinoys ştatının qubernatoru Cey Robert Pritzkeri tənqid edərək, dəhşətli cinayət vəziyyətinə görə Çikaqonu “cəhənnəm dəliyi” adlandırıb.

Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqoya Milli Qvardiya qoşunlarının göndəriləcəyini də bildirib.

Xəbər xətti