Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto

16:24 - 2 Sentyabr 2025 - SİYASƏT

Avropa İttifaqının (Aİ) yeni səfiri Azərbaycana gəlib.

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Səfir Marijana Kujundziç bu gün Bakıya gəlib.

Qeyd edək ki, diplomat Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsində (PSC) nümayəndəsi kimi fəaliyyət göstərib. O, əvvəllər digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr Müşavirlərinin İşçi Qrupu (RELEX) müşaviri vəzifəsini də icra edib.


Xəbər xətti