ABŞ Rusiyanın Ukrayna ilə bağlı addımlarından narazı olarsa, ... - Tramp

20:36 - 3 Sentyabr 2025 - DÜNYA

ABŞ Rusiyanın Ukrayna böhranı ilə bağlı addımlarından narazı olarsa, addım atacaq.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Polşa prezidenti Karol Navroçki ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Prezident Putinə siqnalım yoxdur. O, mənim mövqeyimi bilir. O, bu və ya digər qərar verəcək", - deyə Tramp müvafiq sualı cavablandırıb.
"Onun qərarı nə olursa olsun, biz ya buna sevinəcəyik, ya da buna razı olmayacağıq. Və biz razı qalmasaq, nəyinsə baş verdiyini görəcəksiniz", - Amerika lideri deyib.

Xəbər xətti