Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üçün gümüş fyuçerslərinin qiyməti 2011-ci il sentyabrın 9-dan bəri ilk dəfə olaraq troya unsiyası üçün 42 dolları ötüb.
Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 42,115 dollar (+1,31%) təşkil etdi.
Eyni zamanda, 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 0,85% artaraq 1 troy unsiyası üçün 3 627,1 dollar olub.