Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Uhteqi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və cavab tədbiri olaraq respublika səfirliyinin diplomatik əməkdaşının Rusiya Federasiyasından çıxarılacağı barədə məlumat verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, bu ilin avqustun 13-də Rusiya Xarici İşlər Nazirliyi heç bir əsas olmadan Rusiyanın Tallinndəki səfirliyinin diplomatının persona non-qrata elan etməsi ilə bağlı Estoniya diplomatik missiyasının rəhbərinə kəskin etiraz edilib.
Qarşılıqlılıq prinsipi əsasında Rusiya tərəfinə Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının Rusiyadan çıxarılacağı barədə məlumat verilib.
Diplomatik departament qeyd edib ki, Estoniya tərəfi də Tallinin istənilən düşmənçilik hərəkətinin cavabsız qalmayacağı barədə məlumatlandırılıb.