Futbol idarəçiliyində beşcə nəfər futbol anlayan adam olmayanda ...

10:50 - 6 Sentyabr 2025 - Xəbər

“Başdan demişdilər ki, əlimizdən gələni edəcəyik! Əllərindən gələni söz verdikləri kimi etdilər!”

Ucnoqta.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində səfərdə İslandiyaya 5:0 hesablı məğlubiyyətinə münasibət bildirərkən sosial şəbəkədə yazıb: 

"Futbolçular əlləri ilə nə topa toxundular, nə də qol vurdular. 5-0 fikrimcə faciəli hesab deyil! Futbol idarəçiliyində beşcə nəfər futbol anlayan adam olmayanda hansı ağılla İslandiya səfərindən qələbə və ya heç-heçə gözləyirdiniz? 

Ancaq nədənsə futbolçularımız ayaqlarından gələni edə bilmədilər! Sadəcə ağlına gələnləri etdilər və sevindirici nəticə göz qabağındadır! Allahı sevərsiniz, növbəti oyunda ayağınızdan gələni etməyə söz verin!”

Xəbər xətti