OPEC+ “səkkizlik” oktyabrda neft hasilatını artırmağa razılaşıb

17:02 - 7 Sentyabr 2025 - İQTİSADİYYAT

Səkkiz aparıcı OPEC+ ölkəsinin iclasında üzv ölkələr oktyabr ayı üçün neft hasilatı kvotalarını sutkada 137 min barel artırmaq barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi nümayəndə heyətlərindən birindəki mənbəyə istinadən xəbər verir.

Görüşün nəticələri barədə hələlik rəsmi məlumat verilməyib.

Sentyabrın 7-də neft hasilatını könüllü şəkildə azaldan səkkiz OPEC+ ölkəsinin iclası keçirilir. Onlar oktyabr ayı üçün neft hasilatı planını razılaşdırmalıdırlar.

Xəbər xətti