Rusiyalı milyarderlə bağlı bağlı araşdırma aparılır

11:25 - 8 Sentyabr 2025 - Xəbər

Böyük Britaniyanın Cersi səlahiyyətliləri Roman Abramoviçlə bağlı araşdırma aparır

Ucnoqta.az bildirir ki, “The Guardian” yazır ki, Cersi adasının (Böyük Britaniya) hakimiyyət orqanları rusiyalı milyarder Roman Abramoviç barəsində cinayət təhqiqatı aparır.

Nəşr Cersi müstəntiqlərinin “1990-2000-ci illərdə Rusiyada kapitalizmin xaotik və nəzarətsiz yüksəlişi zamanı” topladığı Roman Abramoviçin sərvətinin mənbələrini öyrənmək istədikləri müəyyən sənədlərə istinad edir.
Bunun üçün onlar, xüsusən də rusiyalı iş adamı ilə əlaqəli şirkətlərlə bağlı İsveçrə məhkəmələrinə bir neçə müraciət edib, bu şirkətlərin İsveçrədəki bank hesabları barədə məlumat almaq istəyiblər. İsveçrə məhkəməsi belə məlumatların Cersi səlahiyyətlilərinə ötürülə biləcəyinə qərar verdi. Vəkillərin sənədlərin ötürülməsinə mane olmaq cəhdləri İsveçrə məhkəməsi tərəfindən rədd edilib.

The Guardian yazır ki, Roman Abramoviçin vəkilləri bütün ittihamları rədd edir və onun cinayət fəaliyyətində iştirakı ilə bağlı istənilən təklifin yalan olduğunu təkid edirlər. 

Müraciətlərdən biri çirkli pulların yuyulması ilə bağlı şübhələrə, digəri isə sanksiyalar rejiminin mümkün pozulmasına aiddir. Nəşr xüsusilə yazır ki, milyarder 2022-ci ildə Cersi adasının sanksiya siyahısına əlavə edildikdən dərhal sonra onunla əlaqəli olduğu iddia edilən aktivlərin transferi qeydə alınıb.

Xəbər xətti