"İslandiyaya məğlubiyyəti unutdurmaq istəyirik"

12:27 - 8 Sentyabr 2025 - İDMAN

Azərbaycan millisinin futbolçuları Ukrayna ilə qarşılaşmada uğurlu nəticəyə ümid edirlər.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Hücumçu Ukrayna yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Sabah bizi ağır oyun gözləyir. Yığmanın heyətində çox yaxşı futbolçular var. Biz də öz növbəmizdə uğurlu çıxış etmək istəyirik. Əldə edəcəyimiz uğurlu nəticə ilə Azərbaycan xalqına İslandiyaya məğlubiyyəti unutdurmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər xətti