“CineMastercard” kinoteatrında ilin ən gözlənilən “Cadu 4: Son Ayin” Amerika qorxu filminin öncədən nümayişi keçirildi.
Tədbir, Portal Games kvest ilə əməkdaşlıq sayəsində, həqiqətən də yaddaqalan hadisəyə çevrildi. Burada özünəməxsus mühit formalaşdı və qonaqlar qorxu ilə mistikanın nadir və unudulmaz təsirini hiss etdilər.
Qonaqları hələ film başlamazdan əvvəl özlərini o biri dünyanın mərkəzində hiss etdilər. Tədbir üçün xüsusi olaraq tematik fotozona hazırlanmışdı. Peşəkar aktyorlar isə fövqəltəbii aləmin qəhrəmanlarına çevrilərək “Cadu” süjetinə tam qərqolma effekti yaratdılar.
Qapalı nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirin təşkilində kvest şirkət- Portal Games, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, işıq effektləri “ProEvents”, Azərbaycanda ilk orqanik şərab istehsalçısı - “Meysəri” şərabları və Red Bull dəstək göstəriblər.
Məşhur franşizanının dördüncü hissəsi, tanınmış demonoloqlar və paranormal hadisələr üzrə ekstrasenslər Ed və Lorreynin həyat və araşdırmalarının qaranlıq xronikasını açmağa davam edir. Əvvəlki filmlərdə olduğu kimi, bu hissə də real hadisələrə əsaslanır və izləyiciləri daha gərgin, sirli və gözlənilməz süjet xətti ilə heyrətləndirməyə hazırdır.
Rejissor: Maykl Çaves.
İstehsalat: Warner Bros. Pictures.
Baş rollarda: Vera Farmiqa, Patrik Uilson və başqaları.
Tədbir qonaqlara nəinki filmə baxmağa, hətta nümayiş başlamazdan əvvəl qorxu
mühitini hiss etməyə imkan verdi.
Tamaşaçılar “CineMastercard” kinoteatrlar şəbəkəsində ilin ən gözlənilən “Cadu 4: Son Ayin” qorxu filmini türk, ingilis və rus dillərində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur. Bu texnologiyalar ekranda baş verənləri daha real hiss etməyə imkan verir və izləmə təcrübəsini maksimum dərəcədə həyəcanverici edir.