İsrailin Qəzza şəhəri və ətrafına endirdiyi zərbələr nəticəsində bir gündə ölənlərin sayı 52-yə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, onlarla sakin xəsarətlə xəstəxanalara çatdırılıb.
Qeyd olunur ki, sentyabrın 6-da İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 74 fələstinli həlak olub.
Yerli mülki müdafiə xidmətinin nümayəndəsi telekanala bildirib ki, 48 saat ərzində şəhərdə azı 50 ev tamamilə dağılıb, daha 100 binaya ziyan dəyib.
Məlumata görə, Qəzzada məcburi köçkünlər üçün yaradılmış düşərgələr də atəşə tutulub, burada ən azı 200 çadır dağıdılıb.
Humanitar yardım paylama mərkəzlərində yemək alan fələstinlilər atəşə tutulub. Əl-Cəzirə telekanalının məlumatına görə, 85 nəfər yaralanıb, 8 nəfər isə aldığı yaralardan ölüb.