Məşhur rok qrupun yaradıcısı vəfat edib

12:30 - 8 Sentyabr 2025 - Xəbər

"Supertramp" rok qrupunun həmtəsisçisi kimi tanınan britaniyalı musiqiçi Riçard Devis uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qrupun Facebook-dakı paylaşımında bildirilir.

Bildirilir ki, musiqiçi sentyabrın 6-da dünyasını dəyişib. O, 10 ildən artıqdır ki, bədxassəli qan xəstəliyi olan çoxsaylı miyeloma ilə mübarizə aparırdı.

Devis 1944-cü ildə Böyük Britaniyanın Svindon şəhərində anadan olub.

Xəbər xətti