İsveçdə sursat qatarı relsdən çıxıb

22:47 - 7 Sentyabr 2025 - DÜNYA

İsveçdə Västernorrlandın şimal bölgələrində yağan güclü yağış səbəbindən sursat daşıyan qatar relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə SVT televiziya şirkəti məlumat yayıb.

İsveç Nəqliyyat Administrasiyasının mətbuat katibi Peter Jonsson qatarın bir hissəsində döyüş sursatı və litium batareyalarının olduğunu bildirib.

Təhlükəli yüklər təcili yardım xidmətlərinə təhvil veriləcək. Bundan sonra dəymiş ziyanın daha ətraflı qiymətləndirilməsi üçün qəza yeri təmizlənəcək.

Xəbər xətti