RF Perm-Sortirovoçnaya stansiyasında 9 yük qatarı vaqonu relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sverdlovsk Dəmir Yolunun (SvZhD) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində tələfat olmayıb.
Bildirilib ki, qəza yerinə bərpa avadanlığı göndərilib. Vəziyyətin qatarların hərəkətinə təsir etmədiyi qeyd edilir. Hadisənin səbəbləri müəyyənləşdirilir.