Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb

10:21 - 26 Mart 2025 - HADİSƏ

Daxili İşlər Nazirliyi ötən gün ölkə ərazisində baş vermiş cinayət hadisələrinin statistikasını açıqlayıb

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Xəbər xətti