“Crocus City Hall” konsert zalında terror aktının təşkilində bilavasitə iştirak edən Mərkəzi Asiyadan olan 6 vətəndaş qiyabi həbs edilərək axtarışa verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
O, bildirib ki, terror aktının birbaşa təşkilini Mərkəzi Asiyadan olan 6 vətəndaş həyata keçirib, onların bəziləri təxəllüsü ilə fəaliyyət göstərir. Onlar xaricdədirlər və buna görə də qiyabi həbs olunub və axtarışa verilib.
Onun sözlərinə görə, terror aktını törədən dörd nəfəri – Dalerjon Mirzoev, Muhammadsobir Faizov, Shamsiddin Fariduni və Saidakram Racabalizodanı öz sıralarına bu şəxslər cəlb ediblər. Təlimlərini də xaricdə təşkil ediblər.
Terror aktını törədənlər, eləcə də onların 15 şəriki həbsdədir. Onlarla bağlı istintaq hərəkətləri başa çatıb.
Təqsirləndirilən şəxslər iş materialları ilə tanış olduqdan sonra məhkəmə qarşısına çıxarılacaq.