Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Moskvanın Şeremetyevo hava limanında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Məlumata grə, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskvanın Şeremetyevo hava limanında da Moskva vaxtı ilə saat 04:40-da təyyarələrin gəlişi və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Həmçinin, Moskvanın Vnukovo hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.