Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.
Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.
Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.///apa