Ramazanın 10-cu günü: İmsak və iftar vaxtları

20:00 - 9 Mart 2025 - ÖLKƏ İÇİ

Sabah Azərbaycanda Ramazan ayının 10-cu günüdür.

Ucnoqta.az xəbər verir ki, imsak saat 05:35, iftar isə saat 18:56-ya təyin olunub.

İmsak duası:
“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Tərcüməsi:
“İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

İftar duası:
“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi:
“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

Xəbər xətti