Qəhvə günün istənilən vaxtında yorğun insanı oyandıra bilən içkidir. Ancaq qəhvənizi əsl zəhərə çevirə biləcək bir ümumi səhvin olduğunu bilirdinizmi?
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, qəhvə yenidən qızdırıldıqda onun tərkibində kimyəvi dəyişikliklər baş verir. Bədənimiz üçün çox vacib olan antioksidantlar məhv olur ki, bu da həzm problemlərinə və qəhvənin dadının pisləşməsinə səbəb ola bilər.
Qəhvə soyuduqda onun içində bakteriyalar çoxalmağa başlaya bilər. Yenidən isitmə bu mikroorqanizmlərin yaratdığı bütün təhlükələri məhv etmir.
Qida təhlükəsizliyi mütəxəssisləri qəhvə hazırladıqdan dərhal sonra içməyi və yenidən qızdırmamağı tövsiyə edir. İçki soyuyubsa, yeni bir hissə hazırlamaq daha yaxşıdır.
Elmi sübutlar öz sözünü deyir: qəhvənin yenidən qızdırılması onun tərkibinə mənfi təsir göstərə bilər. Antioksidantlar məhv edilir, bu da içkinin faydalı xüsusiyyətlərini azaldır və dadını korlayır.