Əsəd tərəfdarları ilə döyüşlərdə 15 nəfər həlak olub

00:00 - 7 Mart 2025 - DÜNYA

Latakiya əyalətində keçmiş prezident Bəşər Əsədi dəstəkləyən qüvvələrlə silahlı toqquşmalar zamanı öldürülən Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinin sayı 15-ə çatıb.

Ucnoqta.az-ın məlumatına görə, bu məlumatı Əl-Cəzirə telekanalı verib.

Suriyanın yeni administrasiyasının təhlükəsizlik orqanlarındakı mənbə telekanala bildirib ki, Latakiya əyalətində keçmiş rejimin tərəfdarları tərəfindən həyata keçirilən silahlı hücumlarda həlak olan İctimai Təhlükəsizlik Müdirliyi əməkdaşlarının sayı 15-ə çatıb.
 Onun sözlərinə görə, eks-prezidenti dəstəkləyən silahlı birləşmələrə qarşı durmaq üçün hakimiyyət Hələb, İdlib, Həma və Homs əyalətlərindən respublikanın sahillərindəki bölgələrə əlavə qüvvələr göndərib.

Xəbər xətti