“Kabab yedizdirib, cibinə də pul, hədiyyə qoyurlar ki, ...”

16:37 - 6 Mart 2025 - MAQAZİN

"Gedib kiminləsə restoranda çay içirlər, deyirlər, filankəs müəllimin dərsini keçmişəm. Ona kabab yedizdirib, cibinə də pul, hədiyyə qoyurlar ki, məni təriflə".

Ucnoqta.az axşam.az-a istinadla  xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Gün ortası" verilişində deyib. Müğənni özünü trend ifaçı adlandırıb:

"Ya saat, ya telefon alırlar ki, sabah sənə ev, maşın da alacağam. Hər kişinin işi deyil tərbiyə, ağıl, sənətlə trend olsun. Baxın, Elza Seyidcahan kimi: ona, buna yaltaqlanmadan, özünü kiməsə oxşatmadan.

"Hegemon" sözü mənə aid deyil. Kiməsə "hegemon" deyirlərsə, çönmüş adamlardır. Təkəbbür varsa, Allah onu kül edir".

Xəbər xətti