Niderlandın baş naziri Dik Şouf gələn il Ukraynaya dəstəyi davam etdirmək üçün vəsaitin ayrıldığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.
"Hollandiya hökuməti 2026-cı ildə Ukraynaya dəstəyi davam etdirmək üçün 3,5 milyard avro ayıracaq", - Şouf deyib.
Baş nazirin sözlərinə görə, vəsait növbəti il üçün Amsterdamdan Kiyevə dəstəyin davamlılığını təmin edəcək, lakin lazım gələrsə, onlar artıq bu il istifadə oluna bilər.
Şouf qeyd edib ki, bu vəsaitin 700 milyon avrosu Ukrayna üçün dronlara xərclənəcək.